Məşhur müğənninin 18 yaşlı bacısı dünyasını dəyişdi

İngilis müğənni Luis Tomlinsonun 18 yaşlı bacısı Felisite dünyasını dəyişib. ONN media xəbər verir ki, "One Direction" qrupu ilə tanınan müğənninin bacısının cansız bədəni Londondakı evində tapılıb. Sosial mediada 1.3 milyon izləyicisi olan və keçdiyimiz aylarda şəxsi geyim markasının yaradan gənc qızın ölümünə infarkt səbəb olub.
Qeyd edək ki, 27 yaşlı Luis Tomlinsonun 2 il öncə də xərçəng xəstəsi olan anası vəfat edib.(primetime.az)