Yataqxanda yanğın - FHN böyük faciənin QARŞISINI ALDI

Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 25 m² olan otağın eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 m² sahədə və bitişik digər eyvanın lambirindən ibarət yanar konstruksiyaları 2 m² sahədə yanıb. ONN media -ya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı həcmi 40 litr olan məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.