"Facebook" 1,5 milyondan artıq video SİLDİ

"Facebook"un əməkdaşları Yeni Zelandiyada məscidlərə edilən hücumların sosial şəbəkədə yerləşdirilən 1,5 milyondan artıq videosunu siliblər. ONN media xəbər verir ki, bu barədə sosial şəbəkənin rəsmi nümayəndəsi Miya Qarlik bildirib. M.Qarlik deyib: "İlk 24 saat ərzində 1,5 milyon video silinib. Onların 1,2 milyonu yüklənmə mərhələsində silinib". Rəsmi nümayəndə qeyd edib ki, sosial şəbəkənin əməkdaşları bu istiqamətdə işlərini davam etdirirlər.(trend)