Bu qəsəbələrdə işıq olmayacaq

Bu qəsəbələrdə işıq olmayacaq


“Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq”.

Bu barədə ONN media-ya “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O qeyd edib ki, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xəttlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.

Yaranacaq narahatlığa görə “Azərişıq” abunəçilərdən üzr istəyib.

Geri qayıt