Gələn aydan yeni aviareys açılacaq

Gələn aydan yeni aviareys açılacaq


Aprel ayının 9-dan etibarən Rusiyanın "İrAero” aviaşirkəti Çelyabinsk-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq.
 
ONN media aviaşirkətə istinadən xəbər verir ki, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II, iyunun 20-dən etibarən isə  IV günləri "Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək.
 
Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxacaq. Uçuşun ümumi vaxtı 3 saat təşkil edəcək.
 
Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə biletin qiyməti 10 min rubl (264 manat) təşkil edir.
Geri qayıt