Ərdoğan İstanbulda izdihamlı mitinq keçirdi
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi "Cümhur ittifaqı” İstanbulda izdihamlı mitinq keçirib. ONN media xəbər verir ki, mitinqdə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan və MHP-nin sədri Dövlət Baxçalı çıxış ediblər. Qeyd edək ki, mitinq martın 31-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunub.
