Türkiyə və Rusiya arasında nə baş verir?

"Vizanın ləğv olunmasının detallarını müzakirə edəcəyik". "Rusiya vətəndaşlarının Türkiyəyə pasportsuz gəlməsinə imkan yaratmaqla bağlı müzakirələr aparırıq". ONN media "Haberler"-ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, martın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. XİN başçıları Antaliyada bir araya gələcəklər: "Vizanın ləğv olunmasının detallarını müzakirə edəcəyik. Aprelin 8-də isə Moskvaya gedəcəyik".