Ağır qəza - PİYADA ÖLDÜ

Zabratda "VAZ-2107" piyadanı vurub. ONN media -ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 25-də saat 23 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Abuzərli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Dilarə Səlimovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.