Bakıda DƏHŞƏT - Şagirdlər birləşib qadın müəllimi...

Bakıda məktəbdə şagirdlər xanım müəllimi döyüblər. ONN media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün 17 saylı tam orta məktəbdə baş verib. Bir neçə şagird birləşərək ingilis dili müəllimini döyüblər. Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə bu gün baş verib: “Müəllim xəsarət alıb. Nəticədə məktəbə təcilli tibbi yardım çağırılıb. Xanımın həyatı üçün təhlükə yoxdur. Hazırda faktla bağlı araşdırma aparılır”