“iPhone”ların satışı qadağan oluna bilər

“iPhone”ların satışı qadağan oluna bilər


ABŞ-da "iPhone" smartfonlarının satışları qismən və ya tam qadağan oluna bilər.

ONN media bildirir ki, buna səbəb olaraq "Qualcomm" və "Apple" şirkətləri arasında patent mübahisələri göstərilir.

Beləki, ABŞ-ın Beynəlxalq Ticarət üzrə Komissiyanın inzibati işlər üzrə hakimi Meri Coan "Apple" tərəfindən "Qualcomm"a məxsus smartfonların hazırlanma texnologiyası patentinin pozulması işində "Qualcomm" şirkətinin leyhinə qərar verib. 

Lakin, hakimin çıxardığı hökm ilkin hesab olunduğu üçün məcburi icrasını tələb etmir.

Verilən ilkin hökmdən sonra "Apple" şirkətinin aksiyaları 0,73% bahalaşıb, "Qualcomm"un isə qiymətli kağızları 0,69% ucuzlaşıb.

Geri qayıt