Ərdoğandan Misir lideri barədə sərt sözlər

Dünyada ən böyük təşkilat BMT, ikincisi isə İslam Əməkdaşlıq Təşkilatıdır. Qolan yüksəklikləri ilə bağlı qərara nə BMT, nə də biz müsbət yanaşırıq. ONN media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Özünüz çalıb, özünüz oynayırsınız. Buna görə də bu məsələlərin üstünə gedəcəyik. Tək qalsaq belə yenə gedəcəyik. Biz burada Sisinin dediyinə baxacağıq? 9 gənci edam etdirən adamın nə dediyinə baxacağıq?” - Ərdoğan bildirib.