“Samsunq”un ilk 5G smartfonunun qiyməti

Cənubi Koreyanın iri texnologiya şirkəti “Samsunq Elektroniks” (“Samsung Electronics”) ilk 5-ci nəsil mobil şəbəkə (5G) smartfonunun qiyməti açıqlanıb.
ONN media xəbər verir ki, gələn həftə Cənubi Koreyada satışa çıxarılacaq 512 GB yaddaşa malik “Galaxy S10” smartfonu müştərilərə 1,55 milyon Koreya vonuna (1320 ABŞ dolları) təklif olunacaq. Daha aşağı yaddaşlı (256 GB) model isə 1,39 milyon vona satılacaq. “Samsunq Elektroniks” və ölkənin 3 mobil rabitə operatoru qiymətlər barədə razılığa gəliblər.
Qeyd edək ki, bir müddət əvvəl “Samsunq Elektroniks” dünyanın ilk 5G smartfonunun aprelin 5-də təqdim olunacağını açıqlamışdı.