PKK-ya ağır zərbə

Suriyanın “Fərat qalxanı” bölgəsində Menbiçin Keybe qəsəbəsində PKK terror qruplaşmasına aid silah-sursat aşkarlanıb.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, silahlar müxaliflərin polis dəstələrinin 3 TIR-da axtarışı zamanı aşkar edilib. İdlib və Əl Bab bölgəsindən göndərilən silahların ümumi dəyərinin 2 milyon dollardan çox olduğu bildirilib. Silahların hamısının yeni olması diqqətçəkən məqam kimi göstərilib.