Ərdoğandan ilk açıqlama: Çox məyus oldum
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səs verib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Malatyadakı hadisə bizi məyus etdi. Belə bir hadisə olmamalı idi. Orada iki vətəndaşımızın ölümü prezident kimi məni məyus etdi. Hər iki vətəndaşımıza Allahdan rəhmət diləyirəm. Seçkilər bitənə qədər başqa bir şey olmamasına ümid edirik. Aprelin 1-dən etibarən bələdiyyə seçkilər mərkəzi sistemə də böyük bir güc qatacaq”, - Ərdoğan bildirib.
Qeyd edək ki, malatyada seçki məntəqəsində iki qrup arasında dava zamanı silahdan istifadə edilib və iki nəfər ölüb.
