“Gənclər Şəhərciyi”ndə yanğın

“Gənclər Şəhərciyi”ndə yanğın


Abşeronda yaşayış binasında yanğın olub.
ONN media xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində yerləşən "Gənclər Şəhərciyi”ndə qeydə alınıb. Şəhərcikdəki yaşayış binalarından birində yanğın baş verib. Binanın 3-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
Geri qayıt