Yeniyetmə qız itkin düşdü

Yeniyetmə qız itkin düşdü

Bakıda daha bir yeniyetmə itkin düşüb. ONN media xəbər verir ki hadisə Nəsimi rayonu ərazisində baş verib. 2005-ci il təvəllüdlü Tağızadə Mələk Yadigar qızı aprelin 3-də yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi ev 2, mənzil 3-dən çıxaraq geri qayıtmayıb. Onunla birgə yaşayan 2000-ci il təvəllüdlü bacısı Tağıyeva Sevda Yadigar qızı bildirib ki, M.Tağızadə əvvəllər də bir neçə dəfə evdən gedib. Faktla bağlı araşdırmalara başlanılıb.

Geri qayıt