Hərbi hissə komandirinə silahlı hücum oldu

Hərbi hissə komandirinə silahlı hücum oldu


Ermənistan paytaxtı Yerevanda hərbi hissələrdən birinin komandirinə qarşı silahlı hücum olub.

ONN media xəbər verir ki, komandir evdən çıxarkən liftin qarşısında ona atəş açılıb.

Daha sonra məlum olub ki, Coni Samsonyana əvvəllər onunla bir yerdə işləmiş 57 yaşlı şəxs atəş açıb. Cinayətkar bir müddət əvvəl işdən çıxarılıb. Məhz bu amilin hadisənin baş vermə səbəbi ola biləcəyi düşünülür.

Samsonyan ayaq və qarın nahiyələrindən yaralanıb, lakin o atəş açan şəxsi zərərsizləşdirə və polislər gələnə qədər saxlaya bilib.

Faktla bağlı araşdırmalar aparılır. Sputnik




Geri qayıt