Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanına gedir

Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanına gedir

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə aprelin 6-da bu ölkəyə rəsmi səfər edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONN media  -ya verilən məlumata görə, səfər çərçivəsində dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Geri qayıt