Yaşayış binasında GÜCLÜ PARTLAYIŞ

Madriddə yaşayış binasında güclü partlayış baş verib. ONN media xəbər verir ki, partlayışın gücündən binanın üst mərtəbəsi tamamilə dağılıb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilib. Hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Partlayış baş vermiş bina və yaxınlıqdakı tikililərdən bir neçəsinin tamamilə təxliyə edildiyi qeyd olunub.