Bakıda gəlin maşını qəzaya düşdü - Bəy...

Bu gün axşam saatlarında Bakıda Parlament prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. ONN media xəbər verir ki, qəza gəlin maşınının iştirakı ilə baş verib. Belə ki, gəlin maşını kimi kirayələnmiş 1938-ci il istehsalı olan "Çayka" retro avtomobilində olan bəy idarəetməni itirərək onu divara çırpıb. Qəzanın səbəbi isə avtomobilin nasazlığı ilə əlaqələndirilir. Məlumata görə, sükan arxasında olan bəy yüngül xəsarətlər alıb.