Eelektrik enerjisi kəsildi - QƏZA

Sudanın bütün ərazisində elektrik enerjisi kəsilib. ONN media xəbər verir ki, bunu ölkənin Su Resursları, Meliorasiya və Elektrik Enerjisi Nazirliyi bildirib. Nazirlik bildirib: "Rabak - Maskar - Sennar - Marancan - Alhasahisa elektrik xəttində baş verən qəza milli enerji sisteminin sıradan çıxmasına gətirib çıxarıb". Nazirlik bəyanatında qəzanın səbəbini bildirməyib, sadəcə qeyd edib ki, mütəxəssislər elektrik enerjisinin verilməsinin bərpası üzərində çalışır.