Qazaxda avtomobil qəzası - Yaralı var

Qazaxda avtomobil qəzası baş verib, xəsarət alan var. ONN media xəbər verir ki, sürətlə hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı arxa düşüb. Qəza nəticəsində, sərnişin 1986-cı il təvəllüdlü Orta Salahlı kənd sakini, İsmayıl Qiyasov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.