Yunanların böyük qorxusu nədir?

Yunanların böyük qorxusu nədir?


Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Aya Sofya ilə bağlı açıqlaması geosiyasi dəyişikliklərin əksidir.

ONN media xəbər verir ki, bu sözləri yunanlı siyasi ekspert Kostas Qrivas deyib.

“Mənim fikrimcə, Ərdoğanın Aya Sofyaya məscid statusunun verilməsi yönündə açıqlamaları seçki öncəsi təşviqat kampaniyasının tərkib hissəsi olmayıb. Bu açıqlama müsəlman dünyasının lideri və Avrasiyada müstəqil güc olaraq hərəkət etmək istəyən Türkiyənin apardığı geopolitik dəyişikliklərin bir parçasıdır. Beynəlxalq ictimaiyyətin reaksiyası Ərdoğana təsir etməz. Türkiyə üçün bunun hər hansı mənfi nəticəsi olmayacaq”, - Qrivas bildirib.

Qeyd edək ki, Ərdoğan seçkiöncəsi çıxışında Aya Sofyaya məscid statusunun verilə biləcəyini demişdi.Axar

Geri qayıt