Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu

Tarixdə ilk dəfə azərbaycanlı gənc Cənubi Koreyada dövlət məmuru olub. ONN media xəbər verir ki,, gənc soydaşımız Nihat Xəlilzadə Seul İcra Hakimiyyətinin Xarici Vətəndaşların Konsulluğunda vitse-prezident kimi fəaliyyət göstərir. O həmçinin, Qanqnam Bələdiyyəsində Yoksam Qlobal Mərkəzinin direktoru vəzifəsində çalışır. Qeyd edək ki, Nihat Xəlilzadə 1992-ci ildə Masallıda anadan olub. 10 ilə yaxındır ki, Cənubi Koreyada yaşayır, Soongsil Universitetinin magistridir.