Türkiyə NATO-dan diksinə bilər - Ekspert

Türkiyə ABŞ-ın getdikcə artan təzyiqlərinə boyun əyməyəcəyini qəti şəkildə ortaya qoydu.
ONN media xəbər verir ki, bu sözləri avstriyalı siyasi ekspert Von Marko Mayer Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun F-35-lə bağlı açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, Türkiyə tərəfi həm də amerikan məhsullarını boykot etməklə qarşı tərəfə xəbərdarlıq edib:
“Rusiya istehsalı Su-57 təyyarələri Türkiyə üçün ən uyğunudur. ABŞ-ın NATO müttəfiqlərinə hörmətsizliyi Türkiyənin alyansdan diksinməsinə səbəb olacaq”.
Qeyd edək ki, M.Çavuşoğlu ABŞ-ın F-35 qırıcılarını verməkdən imtina edəcəyi təqdirdə Ankaranın başqa ölkələrin təyyarələrini alacağını bildirmişdi.