Argentina Cənubi Amerika ittifaqından çıxdı

Argentina Cənubi Amerika Millətləri İttifaqının yaradılması haqqında razılaşmadan (UNASUR) çıxıb.
ONN media xəbər verir ki, bu məlumatı Argentina Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Argentina buradan təşkilatın gündəliyi ilə bağlı fikir ayrılığı və birliyin daxilindəki böhran ucbatından ayrılıb.
Qeyd edək ki, bundan öncə Kolumbiya, Ekvador, Paraqvay və Peru da təşkilatdan çıxdıqlarını elan edib.
Təşkilat 2008-ci ildə yaradılıb. Hazırda üzvləri Boliviya, Venesuela, Uruqvay, Surinam və Qayanadan ibarətdir.