Sudanda fövqəladə vəziyyət ləğv olundu

Sudanda fövqəladə vəziyyət ləğv olundu


Sudanda fövqəladə vəziyyət və komendant saatı ləğv olunub.

ONN media xəbər verir ki, bu barədə ölkənin müvəqqəti hərbi şurasının yeni başçısı Əbdelfəttah Əl-Burhan deyib. "Fövqəladə vəziyyət və komendant saatının ləğv olunmasını elan edirəm", - deyə Əl-Burhan bildirib.

O, həmçinin, qeyd edib ki, şuranın fəaliyyətdə olacaq dövr ən çoxu 2 il təşkil edəcək. Əl-Burhan şuranın hakimiyyəti mülki hökumətə ötürmək öhdəliyini də vurğulayıb.

Geri qayıt