İstanbulda partlayış olub

İstanbulun Şişxana bölgəsində partlayış olub. ONN media xəbər verir ki, şübhəli paket bomba zərərsizləşdirənlər tərəfindən partladılıb. Məlumata görə, İstanbul polisi Unkapanı körpüsündən Taksimə hərəkəti dayandırıb. Faktla bağlı araşdırma aparılır.