Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

İranın məşhur aktyoru Cemşit Meşayihi vəfat edib. ONN media xəbər verir ki, Tehrandakı bir xəstəxanada müalicə alan Meşayihi 85 yaşında dünyasını dəyişib. Cemşit Meşayihi 1934-cü ildə Tehranda dünyaya gəlib. Dahi aktyor 90-dan artıq filmdə və 50 serialda rol alıb. Meşayihi 1985-ci ildə İran Fecr Film Festivalında "Davudi çiçəklər" və "Kema el-Mülk" filmlərindəki rolu ilə ən yaxşı kişi aktyoru seçilib və "Kristal Simurq" mükafatını alıb.(axşam)

Geri qayıt