Putin Ermənistana gedəcək

Putin Ermənistana gedəcək


Rusiya Prezidenti Vladimir Putin payızda Ermənistana səfər edəcək.

ONN media xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Qəzet Rusiya-Ermənistan münasibətlərindəki gərginliyə rəğmən Vladimir Putinin Ermənistan hökumətiylə kontaktlarını kəsmək istəmədiyini, Azərbaycan və Ermənistanla eyni məsafəni saxlamağa davam etdiyini bildirib.

Qeyd edək ki, aprelin 29-da Ermənistana Rusiya Baş naziri Dmitri Medvedyev gələcək. O, İrəvanda Avrasiya İttifaqının hökumətlərarası şurasının iclasında çıxış edəcək.

Geri qayıt