Sabiq prezident intihar etdi

Perunun sabiq prezidenti Alan Qarsiya (1985-1990, 2006-2011) məhkəmənin qərarına əsasən həbs olunarkən intihar edib. ONN media xəbər verir ki, intihara cəhd göstərən sabiq prezident Lima hospitalında ölüb. Telekanalın yaydığı məlumata görə, məhkəmə Alan Qarsiyanın korrupsiya haqqında iş üzrə 10 gün müddətinə həbs olunması barədə qərar çıxarmışdı. Prokurorluğun əməkdaşları orderi sabiq prezidentə təqdim etmək üçün onun Limadakı evinə gəliblər və bu zaman Qarsiya intihar edib.(publika)