Daşqın nəticəsində 11 nəfər həlak oldu
Əfqanıstanın şərqindəki Nəngərhar əyalətində baş verən daşqın nəticəsində azı 11 nəfər ölüb, 6 nəfər xəsarət alıb. ONN media xəbər verir ki, bu barədə əyalət valisi Ataullah Xoqyani məlumat verib. Bildirilib ki, daşqın səbəbindən 800 hektaradək əkin sahəsinə ziyan dəyib, 266 ev dağılıb.
