Kütləvi məzarlıqdan insanları təşvişə salacaq TAPINTI - DƏHŞƏT

Meksikanın Sonora və Calisko əyalətlərində daha iki gizli məzarlıq aşkar edilib. ONN media xəbər verir ki, məzarlıqda ümumilikdə 50-dən çox cəsəd tapılıb. Onların kimlikləri hələlik məlum deyil. Güman edilir ki, kütləvi məzarlıqdakı cəsədlər cinayətkarlara və dinc insanlara aiddir.
Onlar qruplaşmalar arasındakı qarşıdurmanın qurbanı olub. Ərazi mühasirəyə alınıb. Boş tarlada başqa kütləvi məzarlıqların ola biləcəyi istisna edilmir.