Quduzluq 100% ölümlə nəticələnir - Nazirlikdən müraciət

Quduzluq 100% ölümlə nəticələnir - Nazirlikdən müraciət

Aprel ayının 16-da it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun hazırkı vəziyyəti stabildir. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam edir. Xəstə peşəkar tibb işçilərinin nəzarəti altındadır. Qeyd edək ki, heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi, ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər. Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100% ölümlə nəticələnir. Quduzluğun epidemioloji xüsusiyyətləri aşağıdakılardır:

Geri qayıt