Rayon Təhsil Şöbəsinə yeni müdir TƏYİNATI

Biləsuvar Rayon Təhsil Şöbəsinə yeni müdir təyinatı olub. ONN media xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Aqşin Bağırov Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, A.Bağırov bu təyinatadək Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.