Cəbhədə insident: ermənilər uşaqlara atəş açdı

Cəbhədə insident: ermənilər uşaqlara atəş açdı

Ermənistan ordusu Ağdamın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqəsini atəşə tutub ONN media xəbər verir ki, hadisə Çıraqlı kəndində baş verib. Ermənistan silahlı qüvvələrinin bölmələri dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar azyaşlı kənd sakinləri olub. Belə ki, onlar öz həyətyanı torpaq sahələrində düşmənin atıcı silahlarının atəşinə məruz qalıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Yaranmış vəziyyətdən qorxan 13 yaşlı Vüsalə Məmmədovanın vəziyyəti pisləşib. İlkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Geri qayıt