Türkiyədə ağır qəza: 7 nəfər öldü

Türkiyədə ağır qəza: 7 nəfər öldü


Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə İzmir şəhərinin Buca rayonuna bağlı Qaynaqlar (Kaynaklar) məhləsində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşması nəticəsində 7 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən biri körpə, üçü isə azyaşlı uşaqdır.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt