Tramp və Abedən kritik müzakirə

Tramp və Abedən kritik müzakirə


ABŞ prezidenti Donald Trampın Yaponiyanın baş naziri Sinzo Abe ilə görüşünün gedişində İrandan neft idxalının tam dayandırılması ilə bağlı tədbirlər müzakirə edilib.

ONN media bildirir ki, bu barədə Reuters agentliyi ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Hagertiyə istinadla məlumat yayıb. Səfir bildirib ki, liderlər görüş zamanı KXDR ətrafında vəziyyəti və sanksiya təzyiqinin saxlanmasını da müzakirə ediblər. Onlar, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq, o cümlədən yapon avtomobillərinin ABŞ-da istehsalı məsələlərinə toxunublar.

Yaponiyanın baş naziri Sinzo Abe ABŞ-da ikigünlük səfərdədir. O, cümə günü Ağ evdə prezident Donald Trampla təkbətək danışıqlar aparıb.

Geri qayıt