Bu dövlət qurumlarının fəaliyyəti bərpa edildi

Bu gündən dənizkənarı bulvar ərazisinə giriş və Hökumət Evində yerləşən dövlət qurumlarının fəaliyyəti bərpa edilib.
ONN media xəbər verir ki, bulvara girişin qadağan olunması və qurumların işləməməsinin səbəbi Bakıda keçirilən Formula-1 SOCAR Azərbaycan Qran-Prisinin keçirilməsi olub.
Qeyd edək ki, Formula-1 üzrə Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-nə qədər davam edib.