Qatar reysi təxirə salındı- Səbəb isə...

Qatar reysi təxirə salındı- Səbəb isə...


İtaliyada dəmir yolu reysi təxirə salınıb.

ONN media xəbər verir ki, bu, maşinistlərin hamısının sərxoş olması səbəbindən baş verib.

Belə ki, Breşiya-Neapol marşrutu üzrə hərəkət edən sürət qatarının bələdçisi maşinistlərin sərxoş olduğunu görüb. Bundan sonra "Trenitalia" dəmir yolu şirkəti və dəmir yolu polisinə zəng vuraraq bu haqda xəbər edib.

Hadisə yerindəcə araşdırıldıqdan sonra şirkət qatarın hərəkətini təxirə salıb.

Sərnişinlər başqa qatarla mənzil başına yola salınıblar.

Geri qayıt