Zakir Həsənov Türkiyəyə getdi

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə yola düşüb.
ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazir İstanbul şəhərində keçiriləcək “İDEF-2019” Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.