Göygöldə dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu

Göygöldə dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu


Göygöl rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

ONN media xəbər verir ki, baş verən hadisə nəticəsində "VAZ 2107" markalı avtomobildə olan - 1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu, onun 1 yaşlı qızı Həsənova Rübabə Eldəniz qızı, 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı, 1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı, "VAZ 21 06" markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfət oğlu, onun 3 yaşlı oğlu Camalov Hüseyn Aslan oğlu, 1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu, 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Həlak olanların hamısı Daşkəsən rayon sakinləridirlər.

Hadisə nəticəsində xəsarət alan Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Həsənova Ruhiyyə Ramiz qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Geri qayıt