Mərkəzdə otel YANDI - Yaralılar var

Fransanın paytaxtı Parisin mərkəzində "Pullman" otelində yanğın olub. ONN media xəbər verir ki, yerli vaxtla təxminən saat 15:00-da başlayan yanğın nəticəsində 2 nəfər xəsarət alıb. Yanğının söndürülməsi üçün əraziyə 60 yanğınsöndürən və 15 yanğınsöndürmə maşını cəlb edilib.
Yanğınsöndürənlər və polis əməkdaşları yanğlının ilkin səbəbini öyrənmək üçün yoxlama aparırlar.(trend)