Qayınana gəlininə orden verdi- Maraqlı səbəb

Britaniya kraliçası II Yelizaveta nəvəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middltona orden verib. ONN media xəbər verir ki, “Kraliça Viktoriya ordeni” Keytə 8 illik ailə həyatına görə verilib. Middlton həm Uilyamla 8 illik nikaha, həm də monarxiyaya xidmətlərinə görə təltif olunub. Məlumatda qeyd edilir ki, bu ordeni vermək qərarı şəxsən kraliçanın özünə aiddir və adətən monarxa ən yaxşı xidmət edən şəxslərə təqdim edilir.