Lənkəranda yol qəzası - 7 nəfər xəsarət aldı

Lənkəran rayonunda yol qəzası baş verib. ONN media xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, UAZ və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə UAZ-da olan 3 nəfər və "VAZ-2106"da olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.