Qazaxıstanda keçirilən aksiyalarda 80 nəfər saxlanılıb

Qazaxıstanın şəhərlərində keçirilən razılaşdırılmamış mitinqlərdə polis 80 nəfəri saxlayıb. ONN media xəbər verir ki, bu barədə Qazaxıstan Daxil İşlər Nazirliyi məlumat yayıb. “Mayın 1-də Nur-Sultan, Semey, Karaqanda və Aktobe şəhərlərində razılaşdırılmamış mitinqlər keçirilib. Nümayiş iştirakçılarına azad şəkildə ictimai mövqelərini ifadə etmək imkanı yaradılıb. Lakin Nur-Sultan və Almata şəhərlərində nümayişçilər özlərini aqressiv apararaq ictimai asayişi pozublar”, - deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. Nazirlik həmçinin vətəndaşları təxribatlara uymamağa və Qazaxıstan Respublikasının qanunvericiliyinə əməl etməyə çağırıb. (ONA)