Qusarda ev yanıb

Qusarda sahəsi 240 kv.m olan ikimərtəbəli ev yanıb. ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 4 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın, mətbəxin tavanı 50 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.