Baltik dənizinə NATO donanması girdi

Danimarkanın “Tetis” freqatının başçılığı ilə NATO gəmilərindən ibarət qruplaşma Baltik dənizinə girib. ONN media xəbər verir ki, bu haqda “Intel Ska & Air” monitorinq resursunun məlumatında deyilir. Danimarka freqatını Niderland, Belçika, Norveç və Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilər müşayiət edir. Gəmilər hazırda Danimarkanın Bornholm adasındadır. Daha əvvəl – aprelin 18-də Baltik dənizinə ABŞ-ın “Qreyvli” esminesinin rəhbərlik etdiyi NATO gəmilərindən ibarət qrup girib. Onların hərəkətlərini Rusiya hərbçiləri, o cümlədən dəniz aviasiyasının təyyarələri, gəmi zərbəçi qrupları”, ”Bal” və “Bastion” sahil raket kompleksləri izləyir.