SON DƏQİQƏ: Metroda partlayış səsi - 3 nəfər...

Meksikanın paytaxtı Mexikoda metro stansiyalarının birində partlayış səsi eşidilib. ONN media xəbər verir ki, “Çabakano” stansiyasında əvvəlcə tüstülənmə olub. Daha sonra dəmir parçalardan birinin relslərin üzərinə düşməsi nəticəsində güclü partlayış baş verib. Hadisə zamanı 3 nəfərin yaralandığı bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.