Meymunlar yanğınsöndürənə hücum etdi, 5 nəfər yaralandı

Malayziyada meymunlar yanğınsöndürən maşına hücum ediblər. ONN media qafqazinfo.az -a istinadən xəbər verir ki, hadisə nəticəsində maşın idarəetməni itirərək aşıb. 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Yerli polisin məlumatına görə, yanğınsöndürənlər Qerik şəhəri istiqamətində döngəni qalxarkən meymunların hücumuna məruz qalıblar. Mühərriki qırılan nəqliyyat vasitəsi aşıb.